SON XƏBƏRLƏR

İranda iki sosial media fəalı həbs edildi

2023.12.13, 19:39
İranda iki sosial media fəalı həbs edildi

İranda media işçiləri və sosial media fəallarına qarşı təzyiqlərin davamında Şimali Xorasan əyalətində iki sosial media fəalı həbs edilib.

Gunaz.tv

Bu barədə Bocnurd Şimali Xorasan əyalətinin Polis İdarəsinin kiberməkana nəzarət bölməsinin komandiri Yusif Şakiri açıqlama verib.

O, saxlanılanların "ictimai rəyi çaşdırmaq, intizam və təhlükəsizliyi pozmaq məqsədi ilə kiberməkanda material hazırlamaq və yaymaq"da günahlandırıldıqlarını bildirib.

Şakiri həbs edilənlərin kimliyi barədə açıqlama vermədən onların məhkəmə orqanlarına təhvil verildiyini və idarə etdikləri sosial media hesablarının bağlandığını deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar