SON XƏBƏRLƏR

İranda inflyasiyaya görə iqtisadi durğunluq yaşanır

2023.12.14, 13:42
İranda inflyasiyaya görə iqtisadi durğunluq yaşanır

İranda inflyasiyanın nəticəsi olaraq notbuk satışı mağazaları bağlanır.

Gunaz.tv

Bu barədə İranın Kompüter Texnologiyaları Həmkarlar İttifaqının sədri bildirib.

“Ölkədə iqtisadi durğunluğa görə notbuk və ləvazimatını satan mağazalar bağlanır. Nəticədə bu peşə sahəsi artıq investisiya edənlər üçün maraqlı deyil” -deyə Məhəmmədrza Fərəci Tehrani açıqlayıb.

O, həmçinin İranın Əmək üzrə Xəbər Agentliyi (Iranian Labour News Agency- ILNA) ilə müsahibəsinin davamnında deyib: “Bu peşə ilə əlaqədar məhsulların 90 faizi idxal olunmalıdır.  Bir sıra məhsullar ölkədə istehsal olunsa da, onların ilkin hissələri idxal olunaraq İranda quraşdırılır. 

Baş isthesalçı cəmiyyətlər məhsullarını sanksiyalara görə iranlı tacirlərə birbaşa satmır. Bu səbəbdən IT məhsulları və ilkin madələrinin idxalı azaldığına görə bazarda durğunluq və bahalaşma yaranıb. Bu isə obyektlərin bağlanmasına əsas səbəbdir.”

Eksperlərin fikrincə, ölkədə inflyasiyadan nətəcilənmiş iqtisadi durğunluq və tətbiq olunan sanksiyalar İranın müxtəlif iqtidarlarının ötən 40 il ərzində düzgün olmayan və hazırda davam etdirilən xarici və iqtisadi siyasətlərinin nəticəsidir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar