SON XƏBƏRLƏR

İsrail HAMAS-a bir həftəlik hərbi əməliyyatları dayandırmağı təklif edib

2023.12.20, 10:54
İsrail HAMAS-a bir həftəlik hərbi əməliyyatları dayandırmağı təklif edib

İsrail məhbusların azad edilməsi ilə bağlı yeni saziş çərçivəsində HAMAS-a bir həftəlik hərbi əməliyyatları müvəqqəti dayandırmağı təklif edib.

Gunaz.tv

 Bu barədə “Axios” portalı məlumat yayıb.

Portalın dərc etdiyi məlumata görə, bu təklifi İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea HAMAS ilə danışıqları bərpa etmək, 60 yaşdan yuxarı qadınlar və kişilər də daxil olmaqla, 40-a yaxın məhbusun azad edilməsi məqsədilə irəli sürüb.

İsrail də ən azı bir həftəlik müvəqqəti atəşkəsə razılaşmağa hazır olduğunu açıqlayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar