SON XƏBƏRLƏR

BMT İranda insan haqlarının pozulduğu barədə qətnamə qəbul edib

2023.12.20, 12:59
BMT İranda insan haqlarının pozulduğu barədə qətnamə qəbul edib

BMT-nin Baş Assambleyası dekabrın 19-u Kanadanın təklif etdiyi İranda insan haqlarının genişmiqyaslı pozulduğu barədə qətnaməni qəbul edib. 

Gunaz.tv

Qətnamə 78 lehinə, 30 əleyhinə və 68 bitərəf səsələ qəbul olunub.

Qətnamədə İranda qeyri-fars millətlərin, dini azlıqların hüquqlarının geniş miqyasda və sistematik pozulduğu qeyd olunub. İran hakimiyyətindən insan haqlarının hər hansı şəkildə pozulma faktlarına son qoyulması istənilib. 

Həmçinin müxaliflərin işkəncə olunmaları, zalimcə, insanlığa zidd və təhqiredici cəzaların veirlməsi qınanılıb. 

Baş Assambleya İranda digər insan haqlarının pozulduğunu qeyd edərək, həmçinin həbsxanaların yaxşı olmayan vəziyyətlərinə baxılımasını, qadın hüquqlarına riayət olunmasını tələb edib.  

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar