SON XƏBƏRLƏR

İran müxtəlif taktikalarla neft sanksiyalarını aşır

2023.12.21, 11:59
İran müxtəlif taktikalarla neft sanksiyalarını aşır

ABŞ Nümayəndələr Palatasının 2 partiyasının 11 üzvü İranın müxtəlif taktikalarla beynəlxalq sanksiyaları aşdığını bildiriblər.

Gunaz.tv

Nümayəndələrin ABŞ-nin Maliyyə Nazirliyinə ünvanladıqları məktubda qeyd olunub ki, İran bir neçə qitədə neft məhsulları bazarında hələ də fəaliyyət göstərə bilir.

Onlar həmçinin neft sanksiyalarını aşmaq üçün İranın metodlarını açıqlayıblar. 

O cümlədən, İran neftini daşıyan gəmilərin bayraqlarını dəyişmək, dənizdə gəmidən gəmiyə boşaltma və avtomatik ayırdetmə sisteminin datalarına müdaxilə qeyd olunub. 

Məktubda Çinin cari ilin ilk 10 ayında hər gün 1 milyon 50 min barel İran neftini aldığı və bununla da İranın sanksiyalardan öncə neft ixracatı səviyyəsinə çatmaqda olduğu vurğulanıb.

Palata üzvləri həmçinin Nüvə Silahlı İrana qarşı Birlik Təşkilatının bu barədə tədqiqatının nəticələrini bildiriblər. 

Qeyd olunub ki, Təşkilatın tədqiqatına əsasən,  370 neftdaşıyan gəmi digər ölkələrin bayrağı altında İran neftini ötən iki il ərzində qanunsuz olaraq daşıyıb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar