SON XƏBƏRLƏR

"Azərbaycan istehsalı minatəmizləyən maşınlar partlayışlara dözümlüdür"- ANAMA

2023.12.21, 15:56
"Azərbaycan istehsalı minatəmizləyən maşınlar partlayışlara dözümlüdür"- ANAMA

Bizə minaların basdırıldığı ərazi ilə bağlı verilən məlumatlar çox dolğun deyil.

Gunaz.tv

Bunu ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel müzakirələrində deyib.

O bildirib ki, minatəmizləmə sahəsində dünyada nailiyyətlər çoxdur:

“İntellekt və dronlar vasitəsilə müasir üsullar çox inkişaf edib. Tərəfimizdən bu sahədə müəyyən təkmilləşmələr aparılır.

Azərbaycanın özünün də yerli minatəmizləmə avadanlıqları mövcuddur. “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan minatəmizləmə maşınlarını ötən il və bu il ərzində real mina ərazisində sınaqdan keçirmişik.

Tank əleyhinə olan minaların tərkibində daha çox partlayıcı maddə olduğundan onun daha çox dağıdıcı qüvvəsi var. Bu maşınlar bu partlayışlara dözümlüdür.

Biz bunları real partlayışlarda istifadə edərək, sınaqdan keçirmişik. Yerli istehsal olunan maşınlar keyfiyyətlidir”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar