SON XƏBƏRLƏR

Stoltenberq: Rusiya Ukraynanı əbədi itirib

2023.12.22, 13:09
Stoltenberq: Rusiya Ukraynanı əbədi itirib

"Rusiya Ukraynanı əbədi itirib".

Gunaz.tv

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq "German Press Agency" ilə müsahibəsində bildirib.

Rusiyanın böyük hərbi səylərinə baxmayaraq, bu ölkənin Ukraynadakı müharibə məqsədlərinə nail ola bilməyəcəyini deyən NATO Baş katibi Yens Stoltenberq "Putinin əmr etdiyi işğalın məqsədinin Ukraynanın NATO və Avropa İttifaqına doğru irəliləməsinin qarşısını almaq olduğunu" xatırladıb.

Stoltenberq Rusiyanın onilliklər ərzində Ukraynanı təsir dairəsində gördüyünü deyib. "Bu, Rusiya üçün əsas strateji məğlubiyyətdir".

Stoltenberq əlavə edib ki, o, əmindir ki, Ukrayna NATO-ya qoşulmaq məqsədinə nail olacaq.

Alyansın Baş katibi Rusiyanın bu müharibəyə görə çox qurban verəcəyini əlavə edib. Stoltenberq deyib ki, Rusiya artıq yüzlərlə təyyarə və minlərlə tank itirib.  30 min əsgəri öldürülüb və yaralanıb.

Rusiya əvvəlkindən daha çox siyasi təcrid olunub.

Eyni zamanda, Stoltenberq 17 mart tarixində keçiriləcək seçkidə yenidən seçildikdən sonra Putinin kursunun dəyişəcəyinə və müharibəni sürətli şəkildə sonlandıracağına inanmamağa çağırıb.

"Putinin məqsədlərini və siyasətini dəyişdirəcək işarələr yoxdur. O, daha çox ərazini işğal etməyə davam edəcək", - Stoltenberq xəbərdarlıq edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar