SON XƏBƏRLƏR

İrana turist səfərləri kəskin azalıb

2023.12.22, 16:06
İrana turist səfərləri kəskin azalıb

İrana xarici turistlərin sayının kəskin azalması ilə bağlı məlumatların ardınca Qərb ölkələrindən İrana turist səfərlərinin sıfıra endiyi açıqlanıb. 

Gunaz.tv

Bu barədə Hava Yolları və Turizm Xidmətləri İdarələri Həmkarlar İttifaqının rəhbəri Hörmətullah Rəfiyi açıqlama verib.

O, xüsusən ötən il ölkədə baş erən ümumi etiraz aksiyalarından sonra İrana Qərb turistlərinin səfərlərinin dayandığını bildirib.

"Təhlükəsizlik səbəblərinə görə ölkəyə Qərb ölkələrinin turistlərinin gəlişi dayanıb. Hazırda məhdud sayda Çin və Rusiya turistləri İrana səfər edir",- Rəfiyi qeyd edib.

Qeyd edək ki, xüsusən 2019-cu ildən sonra İrana turizm məqsədilə səfər edənlərin sayı kəskin azalıb və  tur operatorlarının 90%-i fəaliyyətini dayandırıb.

Bir müddət əvvəl İran Turizm Bələdçiləri Birliyinin rəhbəri İbrahim Purfərəc xarici turistlərin İrana səfər etmədiklərini deyib.

O, Avropa Birliyinin SEPAH-a qarşı sanksiyalar tətbiq etməsi və bunun mediada yayılmasının avropalılarda İranafobiyaya səbəb olduğunu və onların İrana səyahət etməkdən çəkinməsi ilə nəticələndiyini bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar