SON XƏBƏRLƏR

DİN vətəndaşların Şuşa və Suqovuşana səfərləri ilə bağlı təhlükəsizlik tədbirləri həyata keçirir

2023.12.23, 12:53
DİN vətəndaşların Şuşa və Suqovuşana səfərləri ilə bağlı təhlükəsizlik tədbirləri həyata keçirir

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərləri ilə bağlı təhlükəsizlik tədbirləri həyata keçirir.

Gunaz.tv

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

DİN tərəfindən 27 dekabr 2023-cü il tarixindən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edəcək vətəndaşların təhlükəsizliyi məqsədilə zəruri tədbirlər görülür.

Bildirilib ki, fərdi minik avtomobilləri ilə də səfər edəcək vətəndaşlar icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilib.

Vətəndaşların hərəkəti yalnız müəyyən edilən istiqamətlər üzrə təşkil olunacaqdır.

Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcək. Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunacaq.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar