SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Küveyt Əmirini taxta çıxması münasibətilə təbrik edib

2023.12.25, 11:32
Prezident İlham Əliyev Küveyt Əmirini taxta çıxması münasibətilə təbrik edib

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.

Gunaz.tv

Məktubda deyilir: "Əlahəzrət, Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Küveyt dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar