SON XƏBƏRLƏR

Rusiya XİN: Belqraddakı iğtişaşların arxasında kollektiv Qərb dayanır

2023.12.25, 13:15
Rusiya XİN: Belqraddakı iğtişaşların arxasında kollektiv Qərb dayanır

Belqraddakı iğtişaşların arxasında kollektiv Qərb dayanır.

Gunaz.tv

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, kollektiv Qərbin “maydan çevrilişləri” üsullarından istifadə edərək, ölkədəki vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır.

Zaxarova vurğulayıb ki, vəziyyətə yeganə mümkün reaksiya konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən serb xalqının seçiminə hörmət etməkdir.

Qeyd edək ki, dekabrın 17-də keçirilmiş seçkilərin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları Belqrad administrasiyası binasının qarşısındakı pilləkənləri zəbt edərək, ona bitişik küçəni bağlayıblar.

Etirazçılar şüşələri sındıraraq binanın qapı və pəncərələrinə daşlar atıb, içəri keçməyə çalışıblar, polis gözyaşardıcı qazdan istifadə edib.

Dünən gecə saatlarında təhlükəsizlik qüvvələri bir neçə dəqiqə ərzində etirazçıları dağıdıb, meydanı təmizləyib.

Serbiya Prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, iki polis əməkdaşı ağır yaralanıb, iğtişaşın 35-dən çox iştirakçısı saxlanılıb.

O, xalqa müraciətində bildirib ki, Belqradda keçirilən etiraz aksiyaları Serbiyanı müstəqillik və suverenliyindən məhrum etmək cəhdidir. O, Serbiya hakimiyyətini gözlənilən hərəkətlərlə bağlı xəbərdar edən tərəfdaş ölkələrin kəşfiyyat xidmətlərinə təşəkkür edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar