SON XƏBƏRLƏR

Pakistanda SEPAH üzvü öldürülüb

2023.12.26, 12:33
Pakistanda SEPAH üzvü öldürülüb

SEPAH-ın Sistan və Bəlucistanın Səravan bölgəsindəki yerli üzvləri Pakistan ərazisində pusquya salınıblar.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Silahlı şəxslərə qarşı əməliyyat keçirmək üçün Pakistan ərazisinə daxil olan SEPAH üzvü Əli Qumşadzehi Maşkid şəhəri yaxınlığında bəluc silahlı qrupu tərəfindən öldürülüb.

Bununla yanaşı, onlarla SEPAH üzvünün yaralandığı və bölgəni tərk etməyə məcbur edildikləri bildirilib.

Məlumatda SEPAH üzvlərinin 14 hərbi maşınla Pakistana daxil olduqları deyilir.

Qeyd edək ki, dekabrın 15-də Sistan və Bəlucistan əyalətinin Rask şəhərində 14 məmurun ölümü ilə nəticələnən polis bölməsinə silahlı hücum edilib.

Bundan sonra İranın Polis Qüvvələrinin baş komandanı Əhmədrza Radan İranla Pakistan sərhəddində olub və Pakistan hökumətinə çağırış edərək sərhədlərinə nəzarəti gücləndirməyi istəyib.

"Pakistadan quldurlara qarşı daha məsuliyyətli davranmasını gözləyirik. Lazım olduğu qədər terrorçuları təqib etmək hüququnu özümüzdə saxlayırıq",- Əhmədrza Radan deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar