SON XƏBƏRLƏR

“İran fələstinlilərin qanı hesabına bölgədə nüfuzunu göstərir”- Fəth Hərəkatı

2023.12.28, 12:30
“İran fələstinlilərin qanı hesabına bölgədə nüfuzunu göstərir”- Fəth Hərəkatı

“Həmas Hərəkatı bir fələstinli təşkilatdır. Ümid edirik ki, bögədə İranın istifadə etdiyi proksi qüvvələri ilə iş birliyini dayandıracaq”.  

Gunaz.tv

Bunu Fəth Hərəkatının İnqilab Şurasının üzvü Məhəmməd Əlhurani deyib. O, bildirib ki, İran fələstinlilərin qanını kart kimi istifadə edərək bölgədə nüfuzunu göstərir. "Bir sıra ərəb gəncləri İranın sözlərinə və iddialarına aldanıb.

Lakin onlar İrana inandıqlarına görə törənə biləcək təhlükələri başa düşməlidirlər".

Əlhurani bu sözləri SEPAH-ın sözçüsü Ramazan Şərifin HƏMAS-ın başladığı “Ələqsa Tufanı” əməliyyatı barədə mövqe bildirəndən sonra deyib.

“Ələqsa Tufanı" SEPAH-ın Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin intiqamını almaq üçün planların hələ bir hissəsidir”.  Ramazan Şərif Dekabrın 27-si jurnalistlərə deyib.

HƏMAS  reaksiya olaraq Şərifin bu sözlərini dərhal təkzib edib.

Qeyd edək ki, HƏMAS oktyabr ayının 7-si "Ələqsa Tufanı" adı ilə əməliyyata başlayaraq İsrailə minlərlə raketdən atəş edib. 

Bu səbəbdən bölgədə müharibə vəziyyəti kəskinləşərək hər iki tərəfdən, xüsusilə də fələstinlilərdən minlərlə sivil insan ölüb.  

Xatırladaq ki, Qasım Süleymani terrorist planları ilə ABŞ vətəndaşlarının öldürülüməsi səbəbindən təxminən 4 il öncə Amerika tərəfindən PUA həmləsi ilə İraqda öldürülüb. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar