SON XƏBƏRLƏR

"Naxçıvanla əlaqə Azərbaycan üçün milli təhlükəsizlik baxımından vacibdir"

2023.12.28, 12:35
"Naxçıvanla əlaqə Azərbaycan üçün milli təhlükəsizlik baxımından vacibdir"

" Naxçıvanla əlaqə bizim üçün milli təhlükəsizlik, həmçinin Orta Dəhliz üçün alternativ marşrutun təmin edilməsi baxımından çox vacibdir”.

Gunaz.tv

Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Guardian"a müsahibəsində deyib.

"Biz daha çox vaxt itirə bilmərik. Üç il keçib, amma Ermənistan hələ də 42 km-lik yolun texniki-iqtisadi qiymətləndirməsinə başlamayıb.

Təbii ki, biz Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edə bilmərik. Bu məsələdə güc və ya bu kimi üsullar tətbiq etməyimizlə bağlı fikirlər isə cəfəngiyatdır.

Biz B planı olaraq İran ərazisi vasitəsilə dəmir yolu və avtomobil yolu ilə əlaqə qurmaq üçün İrana müraciət etdik", - Elçin Əmirbəyov bildirib.

Onun sözlərinə görə, alternativ marşrutun mövcudluğu Ermənistanı öz ərazisindən keçən dəhlizə müqavimət göstərməklə nələr itirə biləcəyini anlamağa kömək edə bilər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar