SON XƏBƏRLƏR

Ceyhun Bayramov İrandakı səfirliyin bərpası üçün şərtləri açıqlayıb

2023.12.28, 16:32
Ceyhun Bayramov İrandakı səfirliyin bərpası üçün şərtləri açıqlayıb

"İranda səfirliyimizi bağlanmasının konkret səbəbi var: bu, səfirliyə terror hücumu ilə, insanların həyatına dair təhlükənin olması ilə bağlıdır".

Gunaz.tv

 Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, bu cinayəti törədən şəxs ən sərt formada cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyi tam təmin edilməlidir, buna zəmanət verilməlidir. Bizə məhkəmə prosesinin başlaması ilə bağlı tarixlər verilib və təbii ki, bu nəticədən asılı olaraq növbəti qərarları verəcəyik .

Məsələlər müsbət həllini taparsa, ancaq bundan sonra səfirliyin bərpası mümkün olacaq”, - nazir qeyd edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar