SON XƏBƏRLƏR

İranda intihar sayı kəskin artıb

2024.01.01, 11:00
İranda intihar sayı kəskin artıb

Son 7 il ərzində İranda intihar halları öncəki illərlə müqayisədə 51% artıb.

Gunaz.tv

Bu barədə "İranın İntiharın Qarşısının Alınması Elmi Cəmiyyəti"nin başçısı Həmid Peyrovi məlumat yayıb.

O, 2022-ci ildə ölkənin müxtəlif bölgələrində 6 min nəfərin intihar etdiyini bildirib.

Peyrovi bunun psixi pozuntular, gələcəyə ümidsizlik, yoxsulluq, işsizlik və başqa bu kimi problemlərlə əlaqəliolduğunu deyib.

Qeyd edək ki, son aylar inflyasiyanın artması və insanların alıcılıq qabiliyyətinin azalması, eləcə də işsizlik səviyyəsinin artması ilə ölkədə intiharların sayı artıb. 

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar