SON XƏBƏRLƏR

Rəisi Ərdoğanla Qəzzada baş verənləri müzakirə edəcək

2024.01.03, 10:30
Rəisi Ərdoğanla Qəzzada baş verənləri müzakirə edəcək

İran prezidenti İbrahim Rəisi sabah Türkiyəyə işgüzar səfər edəcək.

Gunaz.tv

Bu barədə "TRT Haber" məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Qəzzada baş verənlər müzakirə olunacaq.

Həmçinin ikitərəfli əlaqələrin də müzakirə olunacağı bildirilib.

Səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Türkiyə ilə İran arasında daha üç sərhəd-keçid məntəqəsi (Gürbulaq, Qapıköy və Əsəndərə) qurmaqla onların sayını artırmaqdır. İran tərəfinin razılığı ilə daha iki məntəqənin açılması nəzərdə tutulur.

Səfər zamanı iki ölkə arasında ümumilikdə on anlaşma müqaviləsinin imzalanacağı təxmin edilir.

İran Prezidenti ilə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibində İranın xarici işlər, yol və şəhərsalma, ticarət, neft, enerji, daxili işlər və müdafiə sahələri üzrə rəsmi şəxslərinin olması gözlənilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar