SON XƏBƏRLƏR

HƏMAS-ın İranla baş vasitəçisi öldürülüb

2024.01.03, 10:23
HƏMAS-ın İranla baş vasitəçisi öldürülüb

İsrailin Livana həmləsində HƏMAS-ın Tehranla baş vasitəçisi Saleh Əl-Aruri ölüb.

Gunaz.tv

HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Əl-Aruri Beyrutun cənubunda şiələrin sakinləşdiyi məhəlləyə İsrailin PUA həmləsi ilə öldürülüb. 

تصویری از حومه بیروت که مورد حمله پهپادی قرار گرفت.

Bu barədə HƏMAS-ın Əl-Əqsa televiziya kanalı məlumat verib. Həmçinin təşkilatın hərbi qolu olan Qəssam Qvardiyasının 2 komandiri- Səmir Fəndi Əbu Amir və İzzam Əlqərə Əbu Əmmarın da həmlədə öldükləri qeyd olunub. 

Livanın Dövlət Xəbər Agentliyi həmlədə 6 nəfərin oldüyünü deyib.

İsrailin Kanal 13 televiziyasının xəbərinə istinadən Əl-Aruri yanvarın 3-ü Livan Hizbullahının baş katibi Həsən Nəsrulla ilə görüşmək niyyətində olub.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar