SON XƏBƏRLƏR

“ABŞ, İran tərəfindən İsraildə bir neçə hədəfin vurulacağını düşünür”- CNN

2024.04.13, 10:59
“ABŞ, İran tərəfindən İsraildə bir neçə hədəfin vurulacağını düşünür”- CNN

CNN xəbər kanalı ABŞ rəsmilərinin məlumatına istinadən bildirib ki, İran İsrailə hücuma hazırlıq olaraq hərbi sursatılarının ölkə daxilində yerləşdiyi məkanı dəyişdirib. 

Gunaz.tv

Kanal bu barədə məlumat yararaq 100 qanadlı raketin və çox sayda PUA-nın İsralın vurulması üçün ölkədə lazımı yerə köçürüldüyünü bildirib.

İran tərəfindən İsrailin vurulacağı ehtimalı artdığına görə ABŞ prezidenti İranın tezliklə İsraili vuracağını bildirib. 

Bayden İrana hansı mesajı olduğu barədə suala cavab olaraq deyib: “bu işi görməyin. Bizim İsrail müdafiə etməyə öhdəliyimiz var. İsraili müdafiə edəcəyik, İsrailə köməklik edəcəyik və İran uğur qazana bilməyəcək”.

CNN həmçin bildirib ki, İran İsrail daxinində müəyyən hədəflərlə yanaşı bölgədə müxtəlif hədəfləri də vuracağı güman olunur. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar