SON XƏBƏRLƏR

Türkmənistan prezidenti: biz Azərbaycanla qədimlərdəm qardaşıq və əbədə qədərdə qardaş qalacayıq

2021.10.20, 07:36
Türkmənistan prezidenti: biz Azərbaycanla qədimlərdəm qardaşıq və əbədə qədərdə qardaş qalacayıq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov ölkəsinin mətbuat nümayəndələri ilə görüşdə bildirib ki Aşqabad və Bakı arasında mübahisəli dəniz neft yataqları barədə kompromis əldə oluna bilər. O qeyd edib ki Azərbaycanla bu sahədə diplomatik dialoq davam etdirələcək və artıq müvafiq təklif layihələrinin işlənməsi hökumətə tapşırılıb. Berdımuxammedov Azərbaycan haqqında əlavə edib ki biz Azərbaycanla qədimlərdəm qardaşıq və əbədə qədərdə qardaş qalacayıq. Onun sözlərinə görə, dəniz ərazisi mübahisəsi sivil üsullarla çözülməlidir və bunun üçün yaxşı zəmin var. Prezident Berdımuxammedov həmçinin Xəzəryanı ölkələri bu su hövzəsi üçün hamıya məqbul delimitasiya formulu tapmağa çağırıb. Berdımuxammedov bir daha təsdiqləyib ki, Azərbaycanla mübahisədə Beynəlxalq Arbitraj Məhkəməsinin bütün qərarlarını qəbul etməyə hazırdır.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar