İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranda geyim qaydaları sərtləşdirilir
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İranda bir ayda 79 məhbus edam edilib
Tom Barak: Xomeynini 1979-cu ildə biz gətirdik
İranda rabitə xərcləri yenidən artdı
İran ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
“Cümhuriyyəti-İslami” qəzeti yeni iddia ilə Azərbaycanı yenidən hədəfə alıb
Belçika parlamenti Rza Pəhləvinin rəsmi dəvətini ləğv edib: O, bütün müxalifəti təmsil etmir
Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunub
Dünya bazarında neftin qiyməti son 5 ayın ən yüksək həddinə çatıb
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Ərdoğanın milli qırıcı KAAN təsvirli qalstuku diqqət çəkib
Traktor İran hakimiyyətinin ayrı-seçkiliyi ilə üz-üzə; Dubaya uçuş üçün 30 milyard tümən tələb edilir
Salmasda sel bir uşağın həyatına son qoydu
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Sistan və Bəlucistanda polis polkovniki öldürülüb
İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Seçki məhbusu türmədə necə zorlandığını danışıb
“Mən «eləməyin, vurmayın!» deyə qışqıran bir qadın səsi eşidirdim”
İranda bu ilin iyun ayında keçirilən prezident seçkisindən sonra həbs olunanlardan biri, 24 yaşlı tələbə İbrahim Şərifi “Azadlıq” radiosunun müxbiri ilə söhbətində həbsdə zorlandığını deyib. O bu barədə seçki kampaniyasında iştirak etdiyi prezidentliyə namizəd Mehdi Kərrubiyə danışandan sonra məsələ ictimailəşib. Kərrubinin İranın ali dini rəhbərinə ünvanladığı məktubda «E.S» şərti adı ilə onun başına gələnlər haqqında məlumat verib. Şərifinin dediyinə görə, bundan sonra da zorlandığını danışdığı üçün özü və ailəsi təzyiqlərlə üzləşib. İndi ailəsini qorumaq üçün gizlənməyə məcbur olan İbrahim Şərifi radionun müxbiri ilə söhbətində başına gələnləri bu cür danışıb. - Nə zaman və necə həbs olundunuz? - Prezident seçkisindən sonra – iyunun 23-də mən İtaliya Konsulluğundan evə qayıdırdım. Konsulluqda italyanca öyrənirdim. Konsulluqdan aralananda kimsə arxadan məni tutdu. Əllərimi və gözlərimi bağladı. O, məni itələyib maşının döşəməsinə uzatdı. Sonra isə məni harasa apardılar. Gözlərim bağlı idi. - Onlar niyə saxlandığınızı, ittihamın nə olduğunu deyirdilərmi? - Bütün həbsdə olduğum müddətdə məni heç istintaqa çəkən olmadı. Onlar yalnız məni azad edəndə adımı soruşdular. - Deyirsiniz ki, həbs edəndən sonra maşının döşəməsinə yıxdılar. Sonra nə oldu, hara apardılar? - Onlar məni elə bir yerə apardılar ki, artıq maşın səsləri eşidilmirdi. Onlar məni maşından çıxardılar. İtələyib bir yerə apardılar. Orada özümün və yanımdakıların nəfəsindən başqa heç nə eşitmirdim. Onlar məni itələyib üzü üstə yıxdılar. Sonra gecəni orada yatmışam. Yəqin ki, səhərə yaxın idi. Mən «eləməyin, vurmayın!» deyə qışqıran bir qadın səsi eşidirdim. - Bu, hansı saxlama məntəqəsi idi? - Bunu bilmirəm, mənim əllərim və gözlərim bağlı idi. - Onlar həbsdə olduğunuz bütün müddətdə sizi əlibağlı saxladılar? - Bəli, yalnız yemək verəndə əlimi açıb qabaqda bağlayırdılar. - Zorlama necə oldu? - Həbsdə olduğum dördüncü gün onlar deyirdilər ki, səni edam edəcəyik. Mən onlara dedim ki, öldürmək istəyirsiniz elə bu dəqiqə öldürün, amma mənimlə oyun oynamayın. Kimsə itələyib məni üzü üstə yerə yıxdı. Qarnımın torpaqda olduğunu hiss edirdim. Biri məni tutub tərpənməyə qoymurdu, başqasına isə qışqırıb «gəl bunu hamilə elə» dedi. Hiss elədim ki, məndən qan axır, qarnım da yaralanmışdı. Onlar məni götürüb başqa bir otağa atdılar. Əllərimi isə döşəmədə nəyəsə bağladılar. - Deyibsiniz ki, o adamın zorladığını, yaxud hansısa əşyadan istifadə etdiyini dəqiq bilmirsiniz? - O adam məni zorladı, amma dəqiq deyə bilmirəm ki, hansısa əşyadan istifadə elədi, yoxsa…Müstəntiq mənə deyir ki, «sən ona niyə demədin ki, dayan!». Amma o vaxt mən nəsə fikirləşmək, nəsə demək iqtidarında deyildim. Deyəsən huşumu itirmişdim. Qan itirirdim…O adam murdar sözlər söyləyirdi. Deyirdi ki, «şeyini qoruya bilmirsən, hələ bir məxməri inqilab eləmək fikrindəsən?». - İyunun 30-da azadlığa buraxılan kimi zorlandığınızı başqalarına bildirdinizmi? - Zorlama məsələsini adamlara danışmaq istəmirdim. Azad olunandan sonra polisə gedib şikayət elədim. Onlar da deyirdilər ki, bu məsələni başqasına demə. Onların dediyinə görə, bunu Kəşfiyyat Nazirliyi edib, Allahına şükür elə, səni öldürə də bilərdilər. Xeyli cəhd edəndən sonra bədənimdəki yaralar haqqında həkimdən kağız da ala bildim. Sonra başıma gələnləri dostlarımdan birinə danışdım. O da məsləhət gördü ki, bunları Kərrubiyə deyim. Amma Kərrubiyə də zorlama məsələsini demək istəmirdim. Onunla görüşəndə danışa-danışa gözlərim yaşarırdı. O, hiss elədi ki, mən nəyisə gizlədirəm. Yanındakıları otaqdan çıxartdı. Sonra da «Quran»a and içib mənə dedi ki, zorlama olubmu? Mən də dedim «hə». O da ağlamağa başladı. Bundan sonra müstəntiq məni sorğu-sual edəndə yenə həkimə apardılar. Artıq üstündən bir ay, ay yarım vaxt keçirdi. Həkimlər deyirdilər ki, heç bir yara izi qalmayıb. Amma prokurorluğun işçisi bildirdi ki, onlar hətta, istifadə olunmuş alətin ölçüsünü də müəyyən edə bilərlər. Deyirdi ki, «bu, bizim işimizdir».
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
İran ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
İranda daha beş qadın öldürülüb
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı