SON XƏBƏRLƏR

Tehran “Hizbullah”ı qabaqcıl hava hücumundan müdafiə ilə təmin edib - İsrail mediası

2024.05.18, 11:49
Tehran “Hizbullah”ı qabaqcıl hava hücumundan müdafiə ilə təmin edib - İsrail mediası

İsrail mənbələri İranın Livanın "Hizbullah" terror təşkilatını qabaqcıl hava hücumundan müdafiə vasitələri ilə təmin etdiyini və bu qruplaşmanın raket anbarının İsrail təyyarələri üçün təhlükə qaynağı olduğunu təsdiqləyib.

Gunaz.tv

Media mayın 17-də İsrail ordusunun dərc etdiyi bəzi görüntülərə əsaslanaraq bu görüntülərin "Hizbullah" terror təşkilatının hərbi obyektində İran istehsalı olan yer-hava raketinin hissələrinin olduğunu bildirib.

Məlumata görə, ilk dəfədir ki, Livan ərazisində "Səyyad 2" hava hücumundan müdafiə raketi görünür.

“Səyyad 2” 2013-cü ildə İranda nümayiş etdirilən, hibrid istiqamətləndirmə sistemi və bərk yanacaq mühərriki ilə işləyən İran istehsalı orta mənzilli yer-hava raketidir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar