SON XƏBƏRLƏR

Qəzaya uğrayan helikopterin texniki məsulu öldürülən etirazçının yaxın qohumudur

2024.05.22, 11:21
Qəzaya uğrayan helikopterin texniki məsulu öldürülən etirazçının yaxın qohumudur

İran prezidenti İbrahim Rəisini daşıyan və mayın 19-da qəzaya uğrayan helikopterin texniki məsulu mayor Behruz Qədimi 2019-cu ilin etiraz aksiyalarında hökumət məmurları tərəfindən güllələnən Puya Bəxtiyarinin qohumudur.

Gunaz.tv

Bu barədə Behruz Qədiminin dayısı oğlu və dayısı qızı Mehrdad və Səba Bəxtiyari sosial mediada paylaşım ediblər.

Mayın 21-də isə Tehran Şəhər Şurasının üzvü Məhəmməd Ağamiri helikopter qəzasının çətin hava şərayiti ilə bağlı olmaması ehtimalı barədə danışıb.

"Helikopterin hava şərayiti səbəbindən qəzaya uğramaması və başqa səbəbdən düşdüyü barədə məlumatlar və söhbətlər var. Məsələ təhlükəsizlik qüvvələri tərəfindən dəqiq araşdırmalıdır",- Ağamiri deyib.

Qeyd edək ki, 27 yaşlı Puya Bəxtiyari 16 noyabr 2019-cu ildə Kərəc şəhərində keçirilən ümumi etiraz aksiyası zamanı təhlükəsizlik məmurları tərəfindən güllələnib və başından aldığı güllə yarası nəticəsində həyatını itirib.

Onun yaxın qohumu, İranın keçmiş prezidentinin helikopterinin texniki məsulu mayor Behzad Qədiminin helikopterin qəzaya uğramasında rolu olduğu ehtimalı barədə sosial mediada fikirlər səsləndirilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar