SON XƏBƏRLƏR

İsveç Ukrayna üçün 7 milyard dollarlıq üç illik hərbi dəstək proqramını elan edib

2024.05.22, 15:04
İsveç Ukrayna üçün 7 milyard dollarlıq üç illik hərbi dəstək proqramını elan edib

İsveç Ukrayna üçün 7 milyard dollarlıq üç illik hərbi dəstək proqramını elan edib.

Gunaz.tv

Bu barədə İsveç hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, İsveçin Ukraynaya dəstəyini daha da gücləndirmək və uzunmüddətliliyi təmin etmək üçün hökumət və İsveç Demokratları Ukraynaya 2024-2026-cı illər üçün ümumilikdə 75 milyard İsveç kronu (7 milyard ABŞ dolları), ildə 25 milyard İsveç kronu məbləğində hərbi dəstək üçün üç illik çərçivə proqramı barədə razılığa gəliblər.

Bununla İsveçin Ukraynaya indiyəqədərki ümumi hərbi və mülki yardımı 100 milyard İsveç kronunu ötəcək.

Hökumətin bəyanatında o da qeyd olunub ki, bu çərçivə proqramında hərbi dəstək, məsələn, müdafiə avadanlığının ianələri, maliyyə töhfələri və müdafiə avadanlıqlarının alınması üçün maliyyə dəstəyi şəklində ola bilər.

"İsveç Ukraynanın mübarizəsini nə qədər lazımdırsa, dəstəkləyəcək", - hökumətin bəyanatında vurğulanıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar