SON XƏBƏRLƏR

Avropa Birliyi İrana qarşı sanksiyaları genişləndirəcək

2024.05.23, 09:59
Avropa Birliyi İrana qarşı sanksiyaları genişləndirəcək

Avropa Birliyi (AB) tərəfindən İrana qarşı sanksiyaların siyahısı genişləndiriləcək.

Gunaz.tv

Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, AB ölkələri 10 hüquqi və fiziki şəxsin sanksiyalar siyahısına daxil edilməsinə razılıq verib.

Sanksiyaların tətbiqinin dəqiq tarixi barədə məlumat verilmir.

Xatırladaq ki, AB Şurasının aprelin 22-də keçirilən iclasından sonra assosiasiya ölkələri İranın raket və pilotsuz uçuş aparatları istehsalçılarına qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı siyasi razılıq əldə ediblər. Bu qərar AB Şurası tərəfindən rəsmiləşdirildikdən sonra Brüssel Tehrana qarşı yeni sanksiyalar tətbiq edə biləcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar