SON XƏBƏRLƏR

Helikopter qəzasında həlak olan vali "Hüseyniyyun" terror qruplaşmasına yaxın olub

2024.05.27, 14:45
Helikopter qəzasında həlak olan vali "Hüseyniyyun" terror qruplaşmasına yaxın olub

Mayın 19-da helikopter qəzasında həlak olan Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhmətinin SEPAH-a bağlı "Hüseyniyyun" terror qruplaşması ilə yaxın münasibətlərinin olduğu barədə məlumatlar yayılıb.

Gunaz.tv

Bu barədə sosial media fəalları və keçmiş siyasi məhbuslar paylaşımlar ediblər.

Bildirilir ki, o, qayınatası "Fərman İmam" İcra Qərargahının koordinasiya üzrə sədr müavini və keçmiş millət vəkili Mustafa Seyyid Haşiminin dəstəyi ilə yanaşı SEPAH və ETTELAAT-la yaxın münasibətlərinə görə qısa müddətdə yüksək vəzifəyə gətirilib.

"Rəhməti bütün bu illər ərzində iqtisadi bandanın, daha doğrusu, Əli Xamneyinin iqtisadi mafiyasının fəal və etibarlı üzvlərindən biri olub",- adının açıqlanmasını istəməyən azərbaycanlı vəkil deyib.

O, Rəhmətinin "Hüseyniyyun" terror qruplaşmasına simpatiya bəslədiyini və onları təbliğ etdiyini açıqlyıb.

"O, "Hüseyniyyun" terror qruplaşması ilə yaxşı münasibətdə olub və özünün şəxsi sosial media hesabında dəfələrlə onları təbliğ edib",- vəkil vurğulayıb.

Qeyd edək ki, "Hüseyniyyun" qruplaşması SEPAH tərəfindən və Azərbaycan Respublikasında axtarışda olan və İrana sığınan şəxslərdən formalaşdırılıb.

Həmin qruplaşmanın fəaliyyəti 2017-ci ildə Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymani tərəfindən rəsmiləşdirilib.

Onlar Ruhullah Xomeyninin "islam inqilabının ixracı" nəzəriyyəsini dəstəkləyir və onun yayılması istiqamətində fəaliyyət göstərirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar