SON XƏBƏRLƏR

İran nüvə doktrinasında dəyişiklik edə bilər - Abbas İraqçı

2024.05.28, 11:25
İran nüvə doktrinasında dəyişiklik edə bilər - Abbas İraqçı

İsrailin nüvə təhlükəsi region ölkələrini öz nüvə doktrinalarına yenidən baxmağa məcbur edir.

Gunaz.tv

Bunu Xamneyinin nəzarətində olan Strateji Xarici Əlaqələr Şurasının katibi Abbas İraqçı deyib.

O, İsrail təhdidlərinin regionda nüvə silahlanma yarışına gətirib çıxara və təhlükəsizlik tarazlığını tamamilə alt-üst edə biləcəyini iddia edib.

"İndiyədək İsrail nüvə silahına malik olduğunu təsdiq və ya təkzib etməkdən imtina edirdi, lakin indi son bəyanatları və hərəkətləri ilə bu siyasətdən praktiki olaraq imtina edib və açıq şəkildə nüvə potensialına malik olduğuna işarə edir",- İraqçı bildirib.

O, İsrailin İrana hava hücumuna toxunaraq, bunun İsrailin İranın nüvə proqramı üçün yarada biləcəyi potensial təhlükəni göstərdiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl Xarici Əlaqələr Strateji Şurasının rəhbəri və Əli Xaməneinin ali müşaviri Kamal Xərrazi də, İslam respublikasının mövcudluğunun İsrail tərəfindən təhdid ediləcəyi təqdirdə ölkəsinin nüvə doktrinasını dəyişəcəyini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar