SON XƏBƏRLƏR

Meta İrana bağlı onlarla hesabı sildi

2024.06.03, 11:26
Meta İrana bağlı onlarla hesabı sildi

Meta şirkəti saxta hesablar yaratmaq və insanları çaşdırmaq üçün koordinasiyalı fəaliyyət göstərən və bu şirkətin qaydalarını pozan İrana bağlı onlarla hesabı silib.

Gunaz.tv

Bu barədə şirkətin bəyanatında bildirilib.

Məlumata görə, Meta 2024-cü ilin birinci rübündə 22 "Facebook" hesabı, səkkiz səhifə, səkkiz qrup və 23 "Instagram" hesabını müəyyən edib və silib.

Şirkətin verdiyi məlumata görə, İsrail vətəndaşlarını hədəf alan bu hesabların hamısı İrandan yönləndirilib.

Bu şəbəkənin fəalları əsasən İsraillə bağlı xəbərləri və aktual hadisələri ivrit dilində dərc ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar