SON XƏBƏRLƏR

Çin İranı yenidən məyus etdi - Adalarla bağlı mövqeyimiz dəyişməyib

2024.06.05, 12:12
Çin İranı yenidən məyus etdi - Adalarla bağlı mövqeyimiz dəyişməyib

Çin Xalq Respublikasının Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı mövqeyi sabit mövqedir və bu mövqeyi davam etdirmək fikrindədir.

Gunaz.tv

Pekin İran və Birləşmiş Ərəb Əmirlikləri arasındakı fikir ayrılıqlarını dialoq və məsləhətləşmə yolu ilə həll etməyə çağırır.

Bu sözləri Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.

Ninq bu bəyanatı Çin Xalq Respublikasının Terandakı səfirinin iyunun 3-də İran Xarici İşlər Nazirliyinə çağırmasından sonra səsləndirilib.

İran Xarici İşlər Nazirliyi Çin hökumətinin Birləşmiş Ərəb Əmirliklərinin körfəzdəki 3 adaya qarşı iddialarını dəstəkləməsinə etiraz etmiş və Pekinin İranın strateji müttəfiqi olmasına görə məsələ ilə bağlı mövqeyində dəyişiklik etməyə çağırmışdı.

Qeyd edək ki, bir neçə gün əvvəl Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində hazırda İran nəzarətində olan 3 adanın BƏƏ-ə məxsus olduğu vurğulanıb.

Bundan əvvəl İranın digər müttəfiqi, Rusiyada adı çəkilən körfəz adalarının Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildirən bəyanata qol çəkib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar