SON XƏBƏRLƏR

Doğum günü şənliyi keçirənlər "şeytanpərəstlikdə" günahlandırıldı

2024.06.06, 15:00
Doğum günü şənliyi keçirənlər "şeytanpərəstlikdə" günahlandırıldı

İranın Mazandaran əyalətinin Abbasabad şəhərində satanistlikdə günahlandırılan 12 qadın və 18 kişi həbs edilib.

Gunaz.tv

Bu barədə əyalətin polis komandanlığı məlumat yayıb.

Məlumatda saxlanılanlardan spirtli içki və narkotik maddələrin götürüldüyü iddia olunub.

Yerli fəallar və hüquq müdafiəçiləri isə saxlanılanların sadəcə doğum günü və şənlik mərasimi keçirdiklərinə görə cəzalandırıldıqlarını deyirlər.

Qeyd edək ki, bundan əvvəl də bir neçə şəhərdə eyni ittihamlar yüzlərlə vətəndaş həbs edilib.

Hakimiyyət musiqi və şənlik mərasimi keçirənləri "şeytanpərəst" adlandırmaqla repressiyalara bəraət qazandırır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar