SON XƏBƏRLƏR

Suriyada İrana bağlı silahlılar həlak olub

2024.06.09, 12:16
Suriyada İrana bağlı silahlılar həlak olub

Myaın 9-da Suriyanın Deyr-əz-Zor şəhərində avtomobilin partlaması nəticəsində İrana bağlı silahlı qruplaşmanın iki üzvü həlak olub.

Gunaz.tv

Bu barədə Suriya İnsan Haqları Müçahidə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, partlayış İran Mədəniyyət Mərkəzinin yerləşdiyi "Əlqüsur" məhəlləsində baş verib.

Fransa xəbər agentliyinin yaydığı məlumatda, partlayış yerinin İrana bağlı qruplaşma üzvləri və Suriya hərbçiləri tərəfindən mühasirəyə alındığı bildirilib.

Partlayışın kim və ya hansı qrup tərəfindən törədildiyi və həlak olanların kimliyi barədə açıqlama verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar