SON XƏBƏRLƏR

Yeni Kaledoniyada informasiya blokadasını yarmaq üçün Bakı Təşəbbüs Qrupu mətbuat konfransı keçirəcək

2024.06.11, 10:44
Yeni Kaledoniyada informasiya blokadasını yarmaq üçün Bakı Təşəbbüs Qrupu mətbuat konfransı keçirəcək

Yeni Kaledoniyada informasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı keçirəcək.

Gunaz.tv

13 iyun tarixində Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış bloqerlər və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyalı jurnalistlərin iştirakı ilə “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransı keçirəcəklər.

Konfransda 20-dən çox xarici media nümayəndəsinin iştirakı gözlənilir. Konfrans hibrid formada təşkil olunur.

Qeyd edək ki, Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada yerli Kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verib, habelə on nəfərdən artıq dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və həbs edilib. Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarması tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətməq məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar