SON XƏBƏRLƏR

Vitse-spiker: Rusiya XİN Ermənistanla münasibətlər kontekstində faydasız bəyanatlar verir

2024.06.11, 14:42
Vitse-spiker: Rusiya XİN Ermənistanla münasibətlər kontekstində faydasız bəyanatlar verir

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri Ermənistanla münasibətlər kontekstində faydasız bəyanatlar verirlər.

Gunaz.tv

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri mütəmadi olaraq Ermənistan-Rusiya münasibətləri kontekstində müxtəlif faydasız bəyanatlar verirlər.

Rubinyan Ermənistan-Rusiya münasibətlərində açıq-aşkar problemlərin olduğunu hesab edir.

“İstək varsa, hər şeyin öhdəsindən gəlmək olar, amma öhdəsindən gəlmək özlüyündə son olmamalıdır, öhdəsindən gəlmək həm də problemlərin həllini nəzərdə tutur”, - Ermənistan parlamentinin vitse-spikeri əlavə edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar