SON XƏBƏRLƏR

Rusiyanın dondurulmuş aktivlərindən Parisə 300 milyon avro ayrılacaq

2024.09.07, 09:30
Rusiyanın dondurulmuş aktivlərindən Parisə 300 milyon avro ayrılacaq

Bu ilin sonuna kimi Avropa İttifaqı Kiyevə silah tədarükü üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Parisə 300 milyon avro ayıracaq.

Gunaz.tv

Bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Avropa Komissiyası bu il Ukrayna üçün sursat, artilleriya və hava hücumundan müdafiə vasitələrinin təcili alınması üçün Baş Silahlar İdarəsinə 300 milyon avro göndərəcək”, - deyə məlumatda bildrilir.

Mesajda göstərildiyi kimi, ümumilikdə, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən təxminən 1,4 milyard avro Ukraynaya silah alınması üçün Aİ-yə ayrılacaq.

Qeyd edək ki, Aİ, Kanada, ABŞ və Yaponiya xüsusi hərbi əməliyyata başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar