SON XƏBƏRLƏR

Almaniyada İrana bağlı daha bir mərkəz bağlandı

2024.09.13, 14:14
Almaniyada İrana bağlı daha bir mərkəz bağlandı

Almaniyanın paytaxtı Berlin yaxınlığındakı Brandenburq əyalətində "Əl-islam" mərkəzi terror təşkilatları, o cümlədən HƏMAS-la əlaqədə olduğuna görə bağlanıb.

Gunaz.tv

Bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 12-də 70 Alman polisi "Əl-islam" ərkəzində axtarış aparıb, orada külli məbləğdə pul vəsaiti aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyi həmin mərkəzin fəaliyyətinin Almaniyanın Konstitusiyasına zidd olduğunu deyib və mərkəzin fəaliyyətinə qadağa qoyub.

Qeyri-rəsmi məlumatlara görə, həmin mərkəz İrana bağlı digər qruplaşmalarla da əlaqədə olub.

Qeyd edək ki, ötən ay isə Hamburqda yerləşən İrana bağlı "İslam Mərkəzi"nin fəaliyyətinə qadağa qoylub və mərkəzin rəhbəri, Əli Xaməneinin nümayəndəsi Məhəmməd Hadi Müfətteh Almaniyadan qovulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar