SON XƏBƏRLƏR

SEPAH yenə "qırmızı xətt"dən danışdı

2024.09.14, 14:56
SEPAH yenə "qırmızı xətt"dən danışdı

İran hökumətinin Zəngəzur dəhlizi ilə bağlı narahatlıq və təhdidlərinin davam edir. SEPAH-a bağlı media orqanlarında da məsələ ilə bağlı paylaşımlar edilir.

Gunaz.tv

"İran Zəngəzur dəhlizi məsələsində öz mövqeyində möhkəmdir və güzəştə getmək niyyətində deyil",- bu sözlər SEPAH-ın rus dilində yayımlanan Teleqram kanalında yazılıb.

Paylaşımda İranın mövqeyini qorumaq üçün öz gücünü göstərmək əzmində olduğu barədə təhdidamiz ifadələr işlənib.

“Regional güc kimi İran onilliklər ərzində, o cümlədən Səddam Hüseyn rejiminə qarşı müharibədə qalib gələrək, möhkəmliyini sübut edib. İran açıq şəkildə göstərdi ki, heç bir xarici qüvvə - istər siyasi, istərsə də hərbi təzyiq olsun - onun təsirini zəiflətməyə qadir deyil.

İranın maraqlarından yan keçərək, regional tarazlığı pozmağa yönəlmiş istənilən cəhdlər güclü müqavimətlə qarşılanacaq və ölkə bütün siyasi və strateji məsələlərdə öz mövqelərini müdafiə etməyə davam edəcək”.

Qeyd edək ki, Rusiya hökumətinin Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi İran tərəfinin narahatlığına səbəb olub.

İranın hökumət mediası rəsmi Moskvanı hədəf alıb, Rusiyanı İrana xəyanətdə günahlandırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar