SON XƏBƏRLƏR

Avstraliya İrana qarşı sanksiyaları genişləndirir 

2024.09.16, 14:31
Avstraliya İrana qarşı sanksiyaları genişləndirir 

“Məhsa Əmininin ölümünün ikinci ildönümündə Avstraliya daha beş iranlı şəxsə qarşı sanksiyalar tətbiq edir. Onların arasında İranda etirazların zorakılıqla yatırılmasında iştirak etmiş təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları da var”.

Gunaz.tv

Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq özünün “X” hesabında yazıb. 

Bununla yanaşı Avstraliya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında “İranda insan hüquqlarının pozulmasına cavab olaraq, 195 İran vətəndaşı və biznesinə qarşı sanksiyalar tətbiq edildiyi bildirilib.

Qeyd edək ki, Məhsa Əmini 2022-ci ilin sentyabr ayının 13-də İranın Əxlaq Polisi tərəfindən döyülüb və həbs edilib.

O, təcridxanaya aparıldıqdan sonra komaya düşüb və 3 gün sonra sentyabrın 16-da xəstəxanada ölüb. Onun ölüm xəbəri yayıldıqdan sonra öncə Tehran, sonra Saqqız şəhərində etiraz aksiyaları başlayıb.

Sentyabrın 17-dən onlarla şəhərə də yayılan etiraz aksiyaları genişlənib, beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb.

Bir neçə ay davam edən etirazların hökumət qüvvələri tərəfindən yatırılması nəticəsində 600-ə yaxın mülki şəxs öldürülüb, minlərlə etirazçı yaralanıb və 22 mindən çox narazı həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar