SON XƏBƏRLƏR

Baş katib: Hərbi təlimlərdə iştirak etməsə də, KTMT Ermənistanı tamhüquqlu tərəfdaş sayır

2024.09.18, 13:26
Baş katib: Hərbi təlimlərdə iştirak etməsə də, KTMT Ermənistanı tamhüquqlu tərəfdaş sayır

“KTMT-nin hərbi təlimlərində iştirak etməsə də, təşkilat hələ də Ermənistanı tamhüquqlu tərəfdaş sayır”.

Gunaz.tv

Bunu «Союзники. ОДКБ» jurnalına müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov deyib.

O eyni zamanda keçirilən manevrləri KTMT-nin aktual çağırış və təhlükələrə hazırlığı və ona üzv ölkələrin güc strukturlarının möhkəmləndirilməsi baxımından vacib element adlandırıb.

İ. Tasmaqambetov həm Avrasiya regionu, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət dairəsindəki ölkələrdə sürətlə dəyişən proseslər fonunda növbəti illərə yönələcək planların müzakirəsini, eləcə də xarici neqativ faktorlar qarşısında dayanıqlığın təmin olunmasını önəmli sayıb.

O vurğulayıb ki, hər hansı bir ölkənin təkbaşına sülh və sabitliyə nail olmasına yönələn cəhdləri əhəmiyyətsizdir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar