SON XƏBƏRLƏR

Rusiya XİN: KTMT-nin Ermənistanı müdafiə etmədiyi barədə qəsdən dezinformasiya yayılır

2024.09.20, 13:41
Rusiya XİN: KTMT-nin Ermənistanı müdafiə etmədiyi barədə qəsdən dezinformasiya yayılır

KTMT-nin Ermənistanı müdafiə etmədiyi barədə qəsdən dezinformasiya yayılır, bu həqiqət deyil.

Gunaz.tv

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib .

O, qeyd edib ki, İrəvandan vaxtaşırı eşidilən iddialar absurddur və faktlara əsaslanmır: "Bu fonda Rusiya Federasiyası ilə siyasi dialoq və qurumlararası əməkdaşlıq məhdudlaşır. Yəni iqtisadiyyat bir şeyi göstərir, siyasi üstqurum isə bunun əksini edir. Bundan əlavə, bildirilir ki, İrəvan Aİİ-də qalır, lakin KTMT-dəki mövcudluğunu dondurur, sanki bu strukturlar müxtəlif ölkələrdən ibarətdir. Qərbin təzyiqləri var, Qərb rəsmilərinin sözləri görünür İrəvanın siyasi ritorikasında öz əksini tapıb", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar