SON XƏBƏRLƏR

Livanda 131 iranlı həlak olub - İddia

2024.09.21, 13:13
Livanda 131 iranlı həlak olub - İddia

Livanda peycer və simsiz rabitə cihazlarının partlaması nəticəsində ümumilikdə 879 nəfər həlak olub, onlardan 131-i iranlı, 79-u yəmənli və 291-i Hizbullahın yüksək rütbəli üzvləridirlər.

Gunaz.tv

Bu barədə sosial media platformalarında iddia olunub.

Bildirilib ki, bu, Hizbullahın hazırladığı daxili sənədlərin İsrailin hərbi kəşfiyyatnı tərəfindən ələ keçirilməsindən sonra məlum olub.

Qeyd edək ki, Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xostopənah Livanda baş verən partlayışlarda bir neçə iranlının öldüyü və yaralandığını bildirib.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda kibermüdaxilə nəticəsində müxtəlif rabitə qurğularında baş vermiş partlayışlarda azı 32 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar