SON XƏBƏRLƏR

Milli Təhlükəsizlik Komissiyası qorxuya düşüb- İranda da rabitə cihazları partlaya bilər

2024.09.24, 14:52
Milli Təhlükəsizlik Komissiyası qorxuya düşüb- İranda da rabitə cihazları partlaya bilər

Parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvləri keçirdikləri iclasda Livanda baş verdiyi kimi İranda da təhlükəsizlik qüvvələrinin telsiz rabitə sistemlərinin partlaya biləcəyi barədə xəbərdarlıq edib və bundan narahatlıqlarını bildiriblər.

Gunaz.tv

Bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi deyib.

O, İbrahim Rəisinin də peycerdən istifadə etməsi barədə paylaşımlara toxunaraq, onun helikopterinin qəzaya uğramasının peycer partlaması nəticəsində baş vermədiyini bildirib.

Qeyd edək ki, iki gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayiş Ərdestani deyib ki, İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasının peycer partlaması nəticəsində baş verməsi ehtimalı var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar