SON XƏBƏRLƏR

Yaponiyanın yeni Baş naziri: Rusiya ilə sülh sənədinin imzalanmasına tərəfdarıq

2024.10.04, 11:08
Yaponiyanın yeni Baş naziri: Rusiya ilə sülh sənədinin imzalanmasına tərəfdarıq

“Yaponiya hökuməti ikitərəfli münasibətlərdəki gərginliyə baxmayaraq, Rusiya ilə ərazi mübahisəsinin həlli və sülh sənədinin imzalanmasına tərəfdardır”.

Gunaz.tv

Bunu Yaponiyanın yeni Baş naziri Siqeru İsiba bildirib.

“Rusiya ilə münasibətlərimiz özünün gərgin dövrünü yaşayır. Biz bu ölkəyə yanaşmamızda ərazi mübahisələrinin həlli və sülh razılaşmasının əldə olunmasını istəyirik” – S. İsiba belə deyib.

Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında Kuril adaları üzərindəki ərazi münaqişəsi hələ də davam etməkdədir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar