SON XƏBƏRLƏR

İsrail gecə boyu DƏHŞƏTLİ ZƏRBƏLƏR endirdi!

2024.10.07, 11:11
İsrail gecə boyu DƏHŞƏTLİ ZƏRBƏLƏR endirdi!

İsrailin Hərbi Hava Qüvvələri Beyrutda İran rejiminin dəstəyi ilə ayaqda qalan “Hizbullah” terror təşkilatının hərbi obyektlərinə yeni zərbələr endirib.

Gunaz.tv

"GünazTV" xəbər verir ki, bu barədə İsrail mediasında məlumat yayılıb.

Məlumata görə, İsaril Ordusunun hədəfləri “Hizbullah”ın döyüş qanadının kəşfiyyat qərargahı, kəşfiyyat məlumatı toplama obyektləri, komanda mərkəzləri və təşkilatın istifadə etdiyi digər infrastruktur obyektləri olub.

Bundan əlavə, bütün gecə boyu Beyrut ərazisində “Hizbullah”ın silah anbarlarına hava zərbələri endirilib. Hava zərbələrindən sonra orada həmin ərazilərdə partlayışlar qeydə alınıb.

İsrailin Hərbi Hava Qüvvələri Livanın cənubunda və ölkənin şərqindəki Bekaa vadisində “Hizbullah”ın infrastrukturuna hücum edib.

 

 

Şahin Elxanoğlu

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar