Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, İsrail zərbələri Qəzzada və Livanda yüzminlərlə insanın evini tərk etməsi ilə nəticələnib:

“Amma evini tərk etməyə məcbur olan bu qədər insandan heç birini İran qəbul etmir və ərazisinə buraxmır. Yenə köçkün dalğasının yükünü qardaş Türkiyə daşıyacaq. Suriyadan gələnlərə Livan və Qəzza əhalisi də qoşulacaq.
Daha pis tərəfi budur ki, hələ də İranın İsrailin maraqlarında silahlı şiə qruplaşmalarına dəstək verdiyini bir çox ərəblər anlaya bilmir.
İranın indiyə qədər islam dünyasının maraqlarına uyğun bir addım atdığını görmədim”.
GünazTV