SON XƏBƏRLƏR

Yaxın Şərqdə yeni ssenari reallaşır - İsrail DAYANMAYACAQ!

2024.10.07, 12:36
Yaxın Şərqdə yeni ssenari reallaşır - İsrail DAYANMAYACAQ!

Son zamanlar Yaxın Şərqdəki müharibədə yeni faza başlayıb. İsrailin Livana hücumları və İranın İsrail ərazisinə raket zərbələri belə düşünməyə əsas verir.

Gunaz.tv

"Günaz TV" xəbər verir ki, Yaxın Şərqdə baş verən gərginlikləri şərh edərkən siyasi ekspert Kənan Novruzov qeyd edib. 

Kənan Novruzov bildirib ki, son zamanlar Yaxın Şərqdəki müharibədə yeni faza başlayıb. İsrailin Livana hücumları və İranın İsrail ərazisinə raket zərbələri belə düşünməyə əsas verir. İsrail hələ ki, dayanana oxşamır. Təl- Əvivin bu mövqeyində ABŞ-ın də rolu var. ABŞ İsraili silahlandıraraq gərginliyin davamlılığını təmin etmək istəyir. Belə ki, rəsmi Vaşinqton Ukraynanın əli ilə Şərqi Avropada etdiyini indi İsrail vasitəsilə Yaxın Şərqdə təkrarlayır.

Kənan Novruzov: “Bu kitabı Qələbə uğrunda canından keçən jurnalistlərimizə  həsr edirəm”-MÜSAHİBƏ

"Aydındır ki, ABŞ İranı müharibəyə çəkmək istəyir. Burada bir neçə məqsəd var. Birinci məqsəd, rəsmi Tehranı zəiflətmək və idarəolunan vəziyyətə gətirməkdir. İkincisi, İranın Yaxın Şərqdəki mövqelərini zəiflətməkdir. Bunun fonunda ABŞ bölgədə İranın Yaxın Şərqdəki mövqelərini zəiflədərək öz təsir imkanlarını artırmağa çalışır. Bu vasitələrlə İranın başını qatmaq və digər bölgələrdə güclənməsinə imkan verməmək də ABŞ-ın digər məqsədlərindən biridir.

İsrailin keçirdiyi əməliyyatlar, o cümlədən HƏMAS və Hizbullah liderlərinin ard- arda nöqtə əməliyyatları ilə öldürülməsi onu deməyə əsas verir ki, bu ölkənin kəşfiyyatı, yəni MOSSAD kifayət qədər güclüdür. İstisna deyil ki, ABŞ da İsrailə müəyyən kəşfiyyat dəstəyi verir. Çünki, bu, Vaşinqtonun öz maraqlarına uyğundur."

Kənan Novruzov hesab edir ki, Ə.Araqçinin əvvəl Livana, sonra Suriyaya səfəri Tehranın müharibədən ehtiyat etməsi ilə

bağlıdır. İran çalışır ki, qonşu ölkələrin də dəstəyi ilə İsraili dayandırsın. Beləliklə, öz təhlükəsizliyini təmin etməyə çalışır.

 

 

Şahin Elxanoğlu

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar