SON XƏBƏRLƏR

İDDİA: İran nüvə sınağı keçirdi!

2024.10.07, 13:34
İDDİA: İran nüvə sınağı keçirdi!

Ermənistanda seysmik stansiya ötən gecə İranda 4,6 bal gücündə seysmik hadisə aşkarlayıb.

Gunaz.tv

"Azad İran" Teleqram kanalının məlumatına görə, tədqiqatçılar qeyd edirlər ki, onun seysmik sıxılma dalğası yoxdur, bu da hadisənin zəlzələdən daha çox partlayışla uyğun olduğunu təsdiqləyir.

Seysmik aktivliyin mərkəzi Aradan şəhəri yaxınlığındakı Kəvir səhrasında olub və tipik zəlzələ vibrasiyaları ilə nüvə sınaqları arasında müqayisələr bu hadisənin nüvə sınağına daha çox bənzədiyini göstərir.

Qeyd edək ki, heç bir afterşok qeydə alınmayıb ki, bu da təbii seysmik fəaliyyətdən daha çox partlayışa işarə edən başqa bir ipucudur.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar