Bu, Bayden və Netanyahu arasında avqust ayından bəri ilk telefon zəngi olacaq. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, Bayden Netanyahu ilə əlaqə saxlayaraq İsrailin İrana planlaşdırdığı cavab zərbələrinin limitlərini təyin etmək istəyir. Rəsmi əlavə edib ki, ABŞ İsrailin İrandakı sadəcə əhəmiyyətli hədəfləri nöqtə atəşi ilə məhv edəcəyinə əmin olmaq istəyir .
"Reuters" İnformasiya Agentliyi də adı açıqlanmayan mənbəyə istinadən telefon danışığının baş tutacağını təsdiq edib. İki lider Qəzzadakı Həmas və Livandakı Hizbullah ilə gərginlikləri də müzakirə edəcək.

Ağ Ev "Reuters"-ın mövzu ilə bağlı suallarına cavab verməkdən imtina etdi.
Bayden keçən ayın sonunda Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün Netanyahu ilə danışacağını bildirsə də, bu baş vermədi.
Pentaqon çərşənbə axşamı İsrailin müdafiə naziri Yoav Gallantın Vaşinqtona planlaşdırılan səfərinin və amerikalı həmkarı Lloyd Austin ilə çərşənbə günü görüşünüb baş tutmayacağını bildirib.
Bayden həmçinin şənbə günü ABŞ, Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə Yaxın Şərq və Ukrayna ilə bağlı planlaşdırılan danışıqlardan imtina etdi. Eyni zamanda Ağ Evdən bildiriblər ki, Bayden ölkədə baş verən Milton qasırğasına cavab tədbirlərinə diqqəti yönəltmək üçün Berlinə planlaşdırılan səfərini ləğv edib.
Şahin Elxanoğlu
GünazTV