SON XƏBƏRLƏR

İran XİN başçısı Türkiyəyə səfər edəcək

2024.10.16, 12:24
İran XİN başçısı Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Abbas Araqçı Misir, İordaniya və Türkiyəyə səfər edəcək.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “X” platformasındakı paylaşımında məlumat verib.

O, paylaşımında XİN rəhbərinin İordaniya, Misir və Türkiyəyə səfər edəcəyini bildirib.

Bundan əvvəl isə Araqçi son həftələrdə Livan, Suriya, Səudiyyə Ərəbistanı, Qətər, İraq və Omana səfər edib.

XİN başçısının səfərinin İsrailin İranın bu ölkəyə gözlənilən cavab hücumu ilə bağlı olduğu ehtimal olunur.

Qeyri-rəsmi məlumatlara görə, Tehran hökuməti Təl-Əvivin cavab hücumunun şiddətinin azaldılması üçün yeni vasitəçilər axtarır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar