SON XƏBƏRLƏR

Co Bayden: İsrailin İrana nə vaxt və necə hücum edəcəyini bilirik

2024.10.19, 10:09
Co Bayden: İsrailin İrana nə vaxt və necə hücum edəcəyini bilirik

ABŞ prezidenti Co Bayden İsrailin İranın raket hücumlarına necə və nə vaxt cavab verəcəyi barədə ona məlumat verildiyini deyib

Gunaz.tv

Co Bayden bu barədə Almaniyanın paytaxtı Berlinə səfərinin sonunda cümə günü, jurnalistlərə açıqlamasında bildirib. O, əlavə məlumat verməkdən imtina edib.

Bundan öncə CNN kanalı öz qaynaqlarına istinadən yaydığı məlumatda Yəhya Sinvarın ölümünün Qəzzada atəşkəsi hər nə qədər yaxınlaşdırmış olsa da İsrailin İrana cavabının ABŞ-dəki prezident seçkilərin öncə baş tutacağını bildirmişdi.

Dünən gecə Türkiyənin xarici işlər naziri öz ölkəsinin və bölgədəki digər ölkələrin İsrail və İran arasında mümkün müharibəyə hazır olmaları barədə xəbərdarlıq edib. Yerli mediyaya açıqlama verən Hakan Fidan İsrail ilə İran arasında savaş ehtimalının yüksək olduğunu bildirib

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar