SON XƏBƏRLƏR

Körfəz ölkələri İsrailə dəstək verəcəklər

2024.10.21, 13:30
Körfəz ölkələri İsrailə dəstək verəcəklər

Ərəb ölkələri, xüsusilə İran körfəzi ətrafında yerləşən ölkələr İsrailin İrana gözlənilən hücumunu dəstkləyir və Təl-Əvivin Tehrana qəti və ağır cavab zərbəsi endirməsini istəyirlər.

Gunaz.tv

Bu barədə İsrail mənbələrinə istinadən ABŞ-yə məxsus ərəb dilli "Əlhürrə" televizyası məlumat yayıb.

"Ərəb ölkələri İranın ehtimal edilən qısas hücumlarına hazır olmaq, zərbələrin qarşısını almaq üçün İsraildən İrana hücumdan əvvəl onları xəbərdar etməsini istəyiblər",- telekanal bildirib.

Qeyd olunub ki, CENTCOM-la əməkdaşlıq edən region ölkələri İrandan gələn təhdidlərə qarşı birgə strategiya yaratmaq üçün əmədaşlıq edirlər.

"Bura bütün Yaxın Şərqdə radarlar və müşahidə cihazlarının yerləşdirilməsi və bəzi ölkələrin hava məkanından istifadə də daxildir",- "Əlhürrə" vurğulayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar